...

Ukrayna Azərbaycandan meyvə və tərəvəz idxalını bir neçə dəfə artırmağa istiqamətlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 19:07 (UTC +04:00)
Ukrayna Azərbaycandan meyvə və tərəvəz idxalını 5-6 dəfə artırmağa yönəlib.
Ukrayna Azərbaycandan meyvə və tərəvəz idxalını bir neçə dəfə artırmağa istiqamətlənib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

Ukrayna Azərbaycandan meyvə və tərəvəz idxalını 5-6 dəfə artırmağa yönəlib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Ukrayna xarci işlər nazirinin müavini Viktor Mayko bildirib.

"Azərbaycandan ənənəvi məhsulların Ukraynaya ixracatını 5-6- dəfə artırmaq olar. Azərbaycanın meyvə və tərəvəzləri üçün əsas ixrac bazarı Rusiyadır. Bu planda Rusiya bazarı ilə müqayisədə Ukrayna bazarının tutumu olduqca azdır. Azərbaycanda istehsal edilən tərəvəz və məhsulların yüksək keyfiyyətini nəzərə alsaq, biz daha çox məhsul almalıyıq. Üçüncü ölkələrin bazarlarından yüksək qiymətə və naməlum keyfiyyəti olan məhsullar almaqdansa, ən yaxşısı buradan almaqdır. Bu, ticari-iqtisadi münasibətlərin genişləndirilməsinin yalnız bir nümunəsidir", - Mayko vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycana Ukrayna ixracatı da artırıla bilər.

"Biz bir sıra proqramlar üzrə işləyə bilərik", - Mayko deyib.

Xəbər lenti

Xəbər lenti