...

Qatarların hərəkətində fasilə beş dəqiqəni ötmür – Bakı Metropoliteni

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 10:02 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkət cədvəlində böyük fasilə müşahidə olunub.
Qatarların hərəkətində fasilə beş dəqiqəni ötmür – Bakı Metropoliteni

Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbir E.İsmayılov/

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkət cədvəlində böyük fasilə müşahidə olunub. Bu barədə Trend-in Bakı Metropolitenindəki problemin şahidi olmuş müxbiri xəbər verir.

Bəzi stansiyalarda qatarlar arasında fasilə 7-8 dəqiqə, "Azadlıq" stansiyasında isə 14-15 dəqiqəyə çatıb.

Bazar ertəsi Bakı Metropolitenindən Trend-ə verilən məlumata görə, qatarların hərəkətində problem olmayıb. "Qatarlar arasında belə fasilə ola bilməz. Onlar arasında maksimum interval 4-5 dəqiqəni ötmür", - Bakı Metropolitenindən deyiblər.

Xəbər lenti

Xəbər lenti