...

Azərbaycanda dəmiryol stansiyasında aşan vaqonlar relsə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 13:36 (UTC +04:00)
Tranzitlər Gürcüstandan Türkmənistana gedən və Azərbaycanda relsdən çıxan Gürcüstana məxsus yük qatarının 4 buzxanalı vaqonunun relsə salınması üzrə işlər tam başa çatdırılıb.
Azərbaycanda dəmiryol stansiyasında aşan vaqonlar relsə salınıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

Tranzitlər Gürcüstandan Türkmənistana gedən və Azərbaycanda relsdən çıxan Gürcüstana məxsus yük qatarının 4 buzxanalı vaqonunun relsə salınması üzrə işlər tam başa çatdırılıb. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Çərşənbə günü saat 03:24-də Yevlax dəmiryol stansiyasında Gürcüstana məxsus yük qatarının 4 buzxanalı vaqonu relsdən çıxıb. Hadisə nəticəsində hər iki istiqamətdə qatarların hərəkətində fasilələr yaranıb.

"Bütün vaqonlar qaldırılıb və relsə salınıb, zəruri təmir-bərpa işləri aparılıb", - Əzməmmədov qeyd edib.

Onun sözlərinə görə, hazırda qatarların hərəkətində heç bir problem yoxdur.

Xəbər lenti

Xəbər lenti