...

Yubanan Sankt-Peterburq – Bakı reysi Azərbaycan paytaxtına uçur

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 13:20 (UTC +04:00)
"Pulkovo Hava Yolları" şirkətinin Sankt-Peterburq - Bakı marşrutu üzrə uçan təyyarəsi ölkə paytaxtına üç saatdan yuxarı gecikmə ilə gələcək.
Yubanan Sankt-Peterburq – Bakı reysi Azərbaycan paytaxtına uçur

Azərbaycan, Bakı, 20 aprel / Trend, müxbir E.İsmayılov /

"Pulkovo Hava Yolları" şirkətinin Sankt-Peterburq - Bakı marşrutu üzrə uçan təyyarəsi ölkə paytaxtına üç saatdan yuxarı gecikmə ilə gələcək. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Məlumata görə, paytaxta yerli vaxtla saat 12:00-da enməli olan təyyarə yubanma səbəbindən saat 15:20-də çatacaq.
"Təyyarə artıq Sankt-Peterburqdan havaya qalxıb və Bakıya yerli vaxtla saat 15:20-də enəcək", - aeroportdan deyiblər.

Bundan əvvəl "Pulkovo Hava Yolları" aviaşirkətindən Trend-ə bildirmişdilər ki, təyyarə sərnişinlərdən birinin vəziyyətinin pisləşməsi səbəbindən yubanır.

Xəbər lenti

Xəbər lenti