...

Dağıstanın hökumət nümayəndə heyəti Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 11:04 (UTC +04:00)
Dağıstan Respublikası hökumətinin sədr müavini Rizvan Qazıməhəmmədovun başçılıq etdiyi hökumət nümayəndə heyəti aprelin 25-28-də Azərbaycana gələcək.
Dağıstanın hökumət nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir S.Ağayeva/

Dağıstan Respublikası hökumətinin sədr müavini Rizvan Qazıməhəmmədovun başçılıq etdiyi hökumət nümayəndə heyəti aprelin 25-28-də Azərbaycana gələcək.

2011-ci ilin noyabrında Mahaçqalada keçirilən Rusiya-Azərbaycan biznes forumunda əldə olunan razılaşmaların inkişafı məqsədilə Dağıstanın nümayəndə heyəti işgüzar səfərlə Azərbaycana gələcək. Trend-in məlumatına görə, bu barədə hökumətin saytında yerləşdirilən məlumatda deyilir.

Qarşıdakı səfər Dağıstanla Azərbaycan arasındakı iqtisadi əlaqələrin gələcəkdə möhkəmlənməsi və fəallaşmasına, iqtisadi əməkdaşlıq məsələlərinin səmərəli həllinə yardım edəcək.

Səfər zamanı Baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşlərin keçirilməsi, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə "dəyirmi masa"nın keçirilməsi, Sumqayıt texnoparkına səfər, "Azərsun" şirkətinin "Qrintek" istixanası, "Turizm kompleksi" müəssisələri ilə tanışlıq, pionino zavoduna və Gilan konserv zavoduna səfər planlaşdırılıb.

Dağıstanın nümayəndə heyətinin tərkibinə iqtisadiyyat naziri Marat İlyasov, kənd təsərrüfatı naziri Satmar Əmirov, Dağıstanın Bakıdakı nümayəndəsi Məhəmməd Qurbanov, Nəqliyyat Komitəsinin rəhbəri Səid Səidov, Turizm Agentliyinin rəhbəri Anatoli Karibov, İnvestisiyalar və Xarici İqtisadi Əlaqələr Agentliyinin rəhbəri Əli Nurməhəmmədov, eləcə də KİV nümayəndələri daxildir.

Xəbər lenti

Xəbər lenti