...

Vergilər Nazirliyi vergi sahəsində dəyişikliklər planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 14:50 (UTC +04:00)
Mayın ortalarında Vergilər Nazirliyi vergi qanunvericiliyinə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təklif etdiyi dəyişiklikləri qəbul etməyi planlaşdırır.
Vergilər Nazirliyi vergi sahəsində dəyişikliklər planlaşdırır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Ə.Həsənov/

Mayın ortalarında Vergilər Nazirliyi vergi qanunvericiliyinə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təklif etdiyi dəyişiklikləri qəbul etməyi planlaşdırır. Bu barədə Trend-ə çərşənbə axşamı ASMK-nın baş katibi Məmmədəli Əfəndiyev bildirib.

"Hazırda Vergilər Nazirliyində sahibkarların işinin necə asanlaşdırılmasına dair mövzu üzrə müzakirələr gedir", - Əfəndiyev deyib.

Onun sözlərinə görə, Vergilər Nazirliyinə aqrolizinq, banklar, fiziki şəxslər üçün vergilər və s. üzrə vergiqoymanın dəyişdirilməsi ilə bağlı təklif daxil olub.

"Biz fiziki şəxslərdən vergi qoyulması sahəsində iki min və ondan yuxarı məbləğdə vəsait üçün 35 faizlik dərəcəni azaltmağı təklif etdik", - Əfəndiyev deyib.

Xəbər lenti

Xəbər lenti