...

Nəqliyyat Nazirliyi Bakının iri körpülərindən birini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 15:20 (UTC +04:00)
"Azəryolservis" ASC Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisində yerləşən "8-ci kilometr" qəsəbəsi istiqamətindəki körpünün əsaslı təmirinə başlayıb.
Nəqliyyat Nazirliyi Bakının iri körpülərindən birini genişləndirir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisində yerləşən "8-ci kilometr" qəsəbəsi istiqamətindəki körpünün əsaslı təmirinə başlayıb. Bu barədə çərşənbə günü Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, əsaslı təmir işləri çərçivəsində bərkitmə işləri, körpünün iki metr genişləndirilməsi, habelə işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulub.

"Aparılan işlər nəqliyyat vasitələrinin hərəkətinə təsir etməyib, çünki işlər körpünün ətrafında aparılır", - o qeyd edib.

Mürsəliyevin sözlərinə görə, körpünün təmiri ilə bağlı işlərin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır.

Həmçinin, "Koroğlu" stansiyası ərazisində yerləşən asma körpünün tikintisi üzrə işlərə toxunan Mürsəliyev deyib ki, bu layihə çərçivəsində işlər davam etdirilir və körpü artıq yaxın vaxtlarda sürücülərin istifadəsinə veriləcək.

Xəbər lenti

Xəbər lenti