...

Azərbaycanın daha bir bankında qaz smart-kartlarını yükləmək mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 16:32 (UTC +04:00)
"Bank Standard" smart-kartları bankda yükləməyi təkif edir.
Azərbaycanın daha bir bankında qaz smart-kartlarını yükləmək mümkündür

Azərbaycan, Bakı, 30 aprel /Trend/

"Bank Standard" smart-kartları bankda yükləməyi təkif edir.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, bundan sonra "Azəriqaz" abunəçiləri qazdan istifadəyə görə ödəniş üçün smart-kartlarını "Bank Standard"da yükləyə biləcəklər.

Bankın təklif etdiyi yeni xidmət müştərilərin bu ödəniş növünə son zamanlar artan tələbatını ödəməyə yönəlib. Vətəndaşlar smart-kartlarını yükləmək üçün "Bank Standard"ın istənilən filailına müraciət edə bilərlər.

"Bank Standard"ın məhsul və xidmətləri haqqında daha ətraflı məlumatı www.bankstandard.com saytından və ya bankın məlumat mərkəzinin 158 nömrəsindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti