...

flydubai turist axınının güclənməsinə təkan verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2012 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Qənaətcil hava yolu Fars Körfəzi və MDB ölkələri üzrə sərnişin daşımada rekord göstəricilər nümayiş etdirib.

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin sürətlə inkişaf edən turizm sahəsinin inkişafında mühüm rol oynayır.

Ümumdünya Turizm Təşkilatının qənaətinə görə, bu il Birləşmiş Ərəb Əmirliklərinin ÜDM-da turizm sahəsinin payı 19,9 milyard ABŞ dolları təşkil edəcək. Belə yüksək göstərici, əsasən, dünyanən ən sürətlə inkişaf edən flydubai aviaşirkətinin nailiyyətlərindən irəli gəlir.

Bu günlərdə 2011-ci ilin fevral, 2012-ci ilin mart aylarını əhatə edən göstəricilərin dərc edilməsi, xüsusilə MDB, Fars Körfəzi, Mərkəzi və Şərqi Avropa ölkələrindən sərnişin axınının kəskin sürətdə artmasını sübut edir. Göstəricilər arasında aşağıdakı nəticələri qeyd etmək olar:

• 2011-ci il Fevralından 2012-ci il Martına gədər MDB və Mərkəzi Avropa ölkələrindən BƏƏ-i istiqamətində sərnişin axını keçən ilin eyni dövrü ilə müqayisədə 284% artmışdır.
• Eyni müddətdə Fars Körfəzi ölkələri üzrə sərnişin daşımaları, analoji dövr ilə müqayisədə 89% artmışdır.

Üç il müddətində flydubai artıq 45 istiqamət üzrə 29 ölkəyə uçuşlar həyata keçirərək, Dubay Beynəlxalq hava limanının sayca ikinci ən iri nəqliyyat daşıyıcısına çevrilib. Hal-hazırda aviaşirkət Yaxın Şərq hava daşıyıcıları arasında Mərkəzi və Şərgi Avropa ölkələri üzrə ən geniş marşrut şəbəkəsinə malikdir. Eyni zamanda, flydubai öncə Birləşmiş Ərəb Əmirlikləri ilə birbaşa hava yolu olmayan istiqamətlər üzrə də uçuşlar həyata keçirir.
flydubai aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyt turizm sahəsinin ən irimiqyaslı hadisəsi - Arabian Travel Market 2012 sərgisi ərəfəsindəki çıxışında deyib: "Dərc edilən statistik nəticələr flydubai aviaşirkətinin bir çox sahələr üzrə ön mövqedə olmasını təsdiqləyir. Üç il ərzində həm sərnişinlər üçün əlverişl olan, həm də yeni bazarlara yol açan unikal marşrut şəbəkəsi yaratmışıq. Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin ticarət və turizm sahələrinin inkişafında marşrutlarımızın faydası aşkardır və şübhəsizdir. Bu günkü göstəricilər nəzərdə tutduğumuz nəticələrin gerçəkləşdirilməsini təsdiqləyir. Lakin biz hələ yolumuzun başlanğıcındayıq. Aviaşirkətimiz çox böyük artım potensialına malik olaraq Dubyla birbaşa hava yolu azlıq təşkil edən yeni bazarlara çıxışını davam etdirəcək".
Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 20 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. flydubai aviaşirkətinin məqsədi - səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir. Şirkətin biznes-modeli qənətcil qiymətlər üzərində qurulub. Aviaşirkət "value-for-money" məhsulunu rəqabətə uyğun təqdim edir. Şirkət Biletləri şirkətin saytından (www.flydubai.com), (+9714 301 0800) telefona zəng edərək və ya turoperatorlardan əldə etmər olar.

Xəbər lenti

Xəbər lenti