...

Azərbaycanda kredit reyestrinə müraciətlərin sayı 1,5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2012 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir A. Axundov/

Fevralda Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 51 562 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü AMB-nin saytında yerləşdirilən məlumatda deyilir.

2011-cu ilin analoji dövr göstəricisi (33622 sorğu) ilə müqayisədə xidmətə müraciətlərin sayı 1,53 dəfə artıb.

Fevralda xidmətə banklardan 51 447 sorğu daxil olub, 115 şəxs öz kredit tarixi haqqında məlumat almaq məqsədilə müraciət edib.

Fevral ayının sonuna olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borc götürənlərin sayı 1 213 846, kredit məlumatlarının ümumi sayı isə 3 004 463 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 432 978 təşkil edir.

Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti