...

Peşəkar iştirakçılar üçün yeni hesabatlıq sisteminin tətbiqinə dair təqdimat keçirilb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 16:41 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində "Qiymətli kağızlarla bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi" Qaydalarının qüvvəyə minməsi ilə əlaqədar peşəkar iştirakçılar üçün yeni hesabatlıq sisteminin tətbiqinə dair təqdimat keçirilib.
Peşəkar iştirakçılar üçün yeni hesabatlıq sisteminin tətbiqinə dair təqdimat keçirilb

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində "Qiymətli kağızlarla bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi" Qaydalarının qüvvəyə minməsi ilə əlaqədar peşəkar iştirakçılar üçün yeni hesabatlıq sisteminin tətbiqinə dair təqdimat keçirilib.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan cümə günü Trend-ə verilən məlumata görə, təqdimatda yeni qaydalarla müəyyən edilmiş hesabatların növləri, onların tərtib və təqdim edilməsi, həmçinin hesabatların elektron formada aparılması prosedurları haqqında geniş məlumat verilib.

Daha sonra qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti