Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Ə.Həsənov/
"AGA Group" 2013-cü ilin yanvarına Bakıda "Xətai" metrostansiyasının yaxınlığında yerləşəcək 25 mərtəbəli "Dəmirçi biznes mərkəzi"nin tikintisinin tamamlanmasını planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə şirkətin direktoru Aydın Dəmirçi "AGA Group" və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında biznes mərkəzinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişin imzalanması tədbirində bildirib.
QDTİB "AGA Group"a iki il möhlət hüququ ilə yeddi il müddətinə 22 milyon dollar ayıracaq.
Qeyd edək ki, şirkətin 1998-ci ildə tikdiyi ilk bina "Caspian Plaza" olub.