...

“Türk Hava Yolları” 200 reysi təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2012 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A.Tağıyeva /

"Türk Hava Yolları" aviaşirkətin işçilərinin kütləvi tətili səbəbindən 200-ə yaxın daxili və beynəlxalq reysi təxirə salıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Zaman" qəzeti xəbər verib.

"Türk Hava Yolları" aviaşirkəti işçilərinin 200 nəfərlik qrupu İstanbulun Atatürk hava limanında aeroport işçilərinin tətil keçirməsini qadağan edən qanun layihəsinə ölkə parlamentində baxılmasına qarşı kütləvi tətil keçirir.

Aviaşirkətin səsrnişinləri yaxınlıqdakı mehmanxanalarda yerləşdiriliblər. Tətil edən işçilər işdən çıxarılıblar. Buna cavab olaraq aviaşirkətin saytı haker hücumuna məruz qalıb.

Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım yaxın vaxtlarda müvafiq tədbirlərin görüləcəyi və reyslərin adi rejimdə yerinə yetiriləcəyi barədə bəyanatla çıxış edib.

Xəbər lenti

Xəbər lenti