...

Azərbaycanın iri bankı səhmlərin emissiyasının yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2012 18:43 (UTC +04:00)
İyunun 4-dən Azərbaycan Beynəlxalq Bankının (ABB) adi, sənədli, adlı səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.
Azərbaycanın iri bankı səhmlərin emissiyasının yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A.Axundov/

İyunun 4-dən Azərbaycan Beynəlxalq Bankının (ABB) adi, sənədli, adlı səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.

Nəticədə şirkətin nizamnamə kapitalı 340 milyon manatadək artacaq. Hazırda bankın nizamnamə kapitalı 240 milyon manat təşkil edir.

"ABB səhmlərinin fond birjasının qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı təkliflə müraciət edib", - BFB-nin məlumatında qeyd olunur.

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ABB-nin 100 milyon manat həcmində adi, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Prospekt çərçivəsində hər birnin nominal dəyəri 0,24 manat olan 416,67 milyon səhm buraxılıb.

Sövdələşmənin anderrayteri qismində "İnterneyşnl Tranzakşn Sistem" MMC çıxış edir.

Qanunvericiliyə görə, səhmlərin emissiya prospektinin yerləşdirilməsi il ərzində keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti