...

Dünyada ən iri metanol istehsalçısı külək enerjisinin tətbiqi sahələrini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 10:04 (UTC +04:00)
Dünyada ən iri metanol istehsalçısı külək enerjisinin tətbiqi sahələrini genişləndirir

Sənayenin müvafiq sahələri üzrə bazarda aparıcı mövqe tutan Methanex və Vestas şirkətləri bəyan ediblər ki, onlar küləkli hava şəraitinin üstünlük təşkil etdiyi Çilinin Maqallanes regionunda külək enerjisinin layihə sahələrinin eyniləşdirilməsi və işlənməsi üzrə birgə fəaliyyəti genişləndirirlər.

Xalis, bərpaolunan enerjinin təminatlı və etibarlı tədarükünə arxayın olaraq Methanex iki il əvvəl külək enerjisi sahəsində layihələrin işlənib hazırlanması haqqında Vestas şirkəti ilə saziş imzaladı. Həmin vaxt metanol istehsalçısı və distributoru olan Methanex Kabo Neqro külək-elektrik stansiyasının tikintisi zamanı özünün Maqallanesdəki istehsal obyektləri yaxınlığında 2.55MVt gücündə Vestas külək turbinlərini quraşdırdı.

Bir sıra tətbiq sahələrində sənaye və kommersiya məqsədləri ilə geniş miqyasda istifadə olunan metanolu bir çoxları benzin yanacağının əvəzedicisi və kimyəvi xammal qismində etanolun və hidrogenin ən yaxşı alternativi kimi görür. Methanex şirkəti mütəxəssislərini qeyd etdiyi kimi, metanolu "külək şüşələrinin yuyulması üçün mayedən tutmuş ikincili istifadə üçün yararlı plastik butulkalara qədər, faner plitəli döşəmələrdən tutmuş divarlarınızdakı boyalara qədər, silikon sıxlaşdırıcılardan tutmuş sintetik liflərə qədər" hər şeydə tapmaq olar.

Metanolun iqtisadiyyatı: Neftin alternativi?

Hər necə olursa-olsun, enerji sektorunda metanola olan tələbat çox böyük sürətlə artır. Metanol neftli nəqliyyat yanacağının, eləcə də neft xammalından hazırlanmış plastmas və kimyəvi məhsulların alternativi kimi getdikcə daha çox istifadə olunur. Methanex-in məlumatına görə enerji sektorunda metanola olan tələbat bu gün dünyanın ümumi metanol tələbatının 1/3 hissəsini təşkil edir. "Nəqliyyat yanacağının birbaşa qarışığı sahəsində, habelə benzinin komponenti olan metil-tret-butil efiri (MTBE) istehsalında metanola olan tələbatın sürətlə artması müşahidə olunur", - şirkət rəsmiləri qeyd edirlər.

Beynəlxalq bazarda ən iri metanol istehsalçısı və distributoru olan Methanex şirkəti Albertdə, Kanadada, Çilidə, Misirdə, Yeni Zelandiyada, eləcə də Trinidadda və Tobaqoda ildə 9 milyon tondan çox metanol istehsal etmək gücündə olan zavodlar işlədir. Şirkət həmçinin anbar sahələrinin qlobal şəbəkəsini və dünyada ən iri metanol rezervuar parkını istismar edir.

Methanex-in Magellan boğazında Punt Arenasdan 28 kilometr şimalda Kabo Neqroda yerləşən zavodu şirkətin latın-amerikan fəaliyyəti üçün istehsal və yayma mərkəzi rolunu oynayır. Buradan Methanex bütün Latın Amerikası hüdudları daxilində, eləcə də Şimali Amerika, Sakit Okean hövzəsi, Asiya və Avropa bazarlarına metanol tədarük edir.

Kabo Neqro həm də Çilinin neft və qaz sənayesi mərkəzidir. O, son dərəcə gözəl təbiəti, unikal ekosistemi, flora və faunası olan region kimi də dünyanda məşhurdur.

Fasiləsiz çıxarılan təbii qaz metanol istehsalı üçün istifadə olunan xammal kimi üstünlük təşkil etməkdə davam edir.

Spirtlərdən ən sadəsi olan metanolu tüstü qazlarından yığılan CO2 emissiyaları, eləcə də kömürün qazlaşdırılması daxil olmaqla bir sıra çirkləndirici maddələrin və CO2 tullantılarının əmələ gəldiyi xammaldan hazırlamaq olar.

Xəbər lenti

Xəbər lenti