...

"FINCA Azerbaijan" qanvermə aksiyası keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 16:02 (UTC +04:00)
"FINCA Azerbaijan" qeyri-bank kredit təşkilatı artıq 7 ildir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müxtəlif sosial tədbirlər keçirir.
"FINCA Azerbaijan" qanvermə aksiyası keçirib (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

"FINCA Azerbaijan" qeyri-bank kredit təşkilatı artıq 7 ildir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müxtəlif sosial tədbirlər keçirir.

Təşkilatdan Trend-ə verilən məlumata görə, cümə axşamı FINCA-nın Masallı filialı cənub regionunda hemofiliya və talassemiya xəstəliklərdən əziyyət çəkən uşaqlara həsr olunmuş qanvermə aksiyası keçirib. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematalogiya və Transfuziologiya institutun Mərkəzi Qan Bankının Lənkəran bölməsinin həkimləri aksiyada könüllü iştirak edən 13 nəfər FINCA işçisinin hər birindən 200 qram qan götürüb. Alınmış qan müəyyən yoxlamalardan sonra ehtiyacı olan xəstələrə veriləcək.

Qeyd edək ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "FINCA Azerbaijan" QBKT Abşeron regionunda, eləcə də Sumqayıt, Quba, Lənkəran, Gəncə, Şamaxı şəhərlərində yaşayan uşaqlar və yeniyetmələr üçün əyləncəli, maarifləndirici tədbirlər və konsert mərasimi keçirəcək.

"FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikromaliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 subfilialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti