...

«Azərikimya» dəmiryolçularının attestasiyası yekunlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2012 11:22 (UTC +04:00)
«Azərikimya» İstehsalat Birliyi Nəqliyyat və xüsusi texnika İdarəsinin dəmiryol sahələrində fəhlə və mühəndis-texnik işçilərin peşə səriştəliliyi və əməyin təhlükəsizliyi ilə bağlı aparılmış texniki attestasiya uğurla başa çatıb.
«Azərikimya» dəmiryolçularının attestasiyası yekunlaşıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İsabalayeva/

"Azərikimya" İstehsalat Birliyi Nəqliyyat və xüsusi texnika İdarəsinin dəmiryol sahələrində fəhlə və mühəndis-texnik işçilərin peşə səriştəliliyi və əməyin təhlükəsizliyi ilə bağlı aparılmış texniki attestasiya uğurla başa çatıb.

"Azərikimya" İstehsalat Birliyindən şənbə günü Trend-ə verilən məlumata görə, birliyin müəssisələrində istehsal olunan müxtəlif kimyəvi məhsulların, həmçinin son iki ildə istehsalatlarda geniş miqyasda aparılan rekonstruksiya və modernləşmə üçün lazım olan qurğu və avadanlıqların, maşın və mexanizmlərin daşınması əməliyyatlarının əsas hissəsini məhz dəmiryolçular yerinə yetirirlər. Kimya istehsalatı sahələrinin ahəngdar işləməsinin təmin olunmasında onların üzərinə mühüm vəzifələr düşdüyündən və spesifik sahə olan dəmiryolunda bütün işlər yüksək məsuliyyət, həmçinin texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tələb etdiyindən burada bütün işçilərin texniki hazırlığı və vaxtaşırı attestasiyadan keçməsi zəruridir.

Bu səbəbdən də dəmiryolçular çətin və mürəkkəb neft-kimya istehsalatının xüsusi tələbləri nəzərə alınmaqla yeni proqram və yeni sistem üzrə başlanılmış texniki attestasiyaya hazırlıq ərəfəsində həm kollektiv və həm də fərdi şəkildə müvafiq peşə və təhlükəsizlik təlimatları keçiblər.

140 nəfərə yaxın personalı olan dəmiryolundakı bütün işçilər attestasiya sınağından uğurla keçib. Attestasiya zamanı yaxşı hazırlıq və nəzəri bilik nümayiş etdirən müxtəlif mütəxəssislərin peşə dərəcələrinin artırılması, bəzi qatar tərtibçiləri və maşinist köməkçilərinin isə maşinist vəzifəsinə keçirilməsi tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti