...

Ağcabədi rayonunun 6 kəndində 10 subartezian quyusu qazılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 17:23 (UTC +04:00)
Ağcabədi rayonunun Hindarx qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində 2 ədəd subartezian quyusu qazılıb, tutumu 25 kubmetr olan su çəni quraşdırılıb, 2 kilometr uzunluğunda su xətti çəkilib.
Ağcabədi rayonunun 6 kəndində 10 subartezian quyusu qazılacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Ağcabədi rayonunun Hindarx qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində 2 ədəd subartezian quyusu qazılıb, tutumu 25 kubmetr olan su çəni quraşdırılıb, 2 kilometr uzunluğunda su xətti çəkilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, 8431 nəfər əhalisi olan Hindarx qəsəbəsinin içməli su təchizatı hazırda subartezian quyuları hesabına aparılır.

Ağcabədi rayonunun Hindarx qəsəbəsində yeni subartezian quyusunun açılış mərasimində "Azərsu" ASC "Birləşmiş Sukanal" MMC-nin sədri Etibar Məmmədov, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

MMC sədri Etibar Məmmədov bildirib ki, layihə çərçivəsində qazılmış 2 subartezian quyusundan birincisi istismara verilir və bununla da 250-dən çox ailənin və ya 1000-dən çox sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Yaxın vaxtlarda ikinci subartezian quyusunun istismara verilməsi ilə 300-ə qədər ailə və ya 1250-dən çox sakin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. O, Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin Asiya İnkişaf Bankından alınacaq kredit hesabına həyata keçiriləcəyini xatırladaraq tikinti işlərinə 2012-ci ilin sonuna qədər başlanılacağını bildirib.

İcra başçısı Şahin Məmmədov rayonun içməli su çatışmazlığı müşahidə olunan 6 kəndində 10 subartezian quyusunun qazılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti