...

Azərbaycan-Argentina biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2012 15:04 (UTC +04:00)
İyulun 3-4-də Bakıda Azərbaycan-Argentina biznes forumu keçiriləcək.
Azərbaycan-Argentina biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İyulun 3-4-də Bakıda Azərbaycan-Argentina biznes forumu keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, hər iki ölkənin müvafiq qurumlarının təşkilatçılığı ilə keçiriləcək tədbirdə iştirak etmək məqsədilə rəsmi şəxslərdən, eləcə də kənd təsərrüfatı, ərzaq, şərabçılıq, aqrokimya, neft, sənaye, İKT, inşaat, əczaçılıq, tekstil, xidmət və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Argentina ticarət missiyasının məqsədi biznes forum çərçivəsində Azərbaycan şirkətləri ilə işgüzar görüşlər keçirmək, yerli sahibkarlarla əlaqələr yaratmaq və Azərbaycan bazarının öyrənilməsidir.

Biznes forum çərçivəsində ikitərəfli görüşlər təşkil ediləcək, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti