...

Bakıda spirtli içkilərin küçə reklamlarının yayımı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2012 17:10 (UTC +04:00)
Nazirliyin mərbuat xidmıtindən bezar ertəsi Trend-ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı spirtli içkilərin reklamına dair tələblərin pozularaq Azərbaycan Tibb Universitetinin və Səbail rayonunda 53 saylı "Cücələrim" uşaq bağçasının yaxınlığında (100 metrdən az məsafədə) spirtli içkilərin küçə reklamlarının yayımlandığı müəyyən edilib.
Bakıda spirtli içkilərin küçə reklamlarının yayımı dayandırılıb

Azərbaycan, Bakı, 25 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlərini davam etdirir.

Nazirliyin mərbuat xidmıtindən bezar ertəsi Trend-ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı spirtli içkilərin reklamına dair tələblərin pozularaq Azərbaycan Tibb Universitetinin və Səbail rayonunda 53 saylı "Cücələrim" uşaq bağçasının yaxınlığında (100 metrdən az məsafədə) spirtli içkilərin küçə reklamlarının yayımlandığı müəyyən edilib.

Dövlət Xidmətinin gördüyü tədbirlər nəticəsində qeyd olunan reklamların yayımı dayandırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına "Reklam haqqında" qanunun tələblərinə əməl etməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti