...

İcbari Sığorta Bürosu yol qəzalarında xəsarət alanları kompensasiya görə müraciət etməyə çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 18:46 (UTC +04:00)
Azərbaycanda "İcbari sığortalar haqqında" yeni qanuna uyğun olaraq yaradılan İcbari Sığorta Bürosu yol-nəqliyyat hadisələrində xəsarət alan vətəndaşları kompensasiyaya görə müraciət etməyə çağırır.
İcbari Sığorta Bürosu yol qəzalarında xəsarət alanları kompensasiya görə müraciət etməyə çağırır

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanda "İcbari sığortalar haqqında" yeni qanuna uyğun olaraq yaradılan İcbari Sığorta Bürosu yol-nəqliyyat hadisələrində xəsarət alan vətəndaşları kompensasiyaya görə müraciət etməyə çağırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü büronun yaydığı məlumatda deyilir.

Aprelin 18-dən etibarən baş vermiş yol-nəqliyyat hadisələri üzrə sağlamlığına zərər dəymiş şəxslərə İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlanılıb.

Şəxsin sağlamlığına naməlum avtonəqliyyat vasitəsilə zərər vurulduqda, həmçinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda (zərərçəkənin zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı irəli sürdüyü tələb təmin edilmədikdə) zərərçəkən şəxslər (onların öldüyü halda ailə üzvləri) kompensasiya ödənişi almaq üçün İcbari Sığorta Bürosuna müraciət edə bilərlər.

Rəsmi statistikaya görə cari ilin yanvar-may ayları ərzində respublika ərazisində 1035 yol-nəqliyyat hadisəsi baş verib ki, bunların da nəticəsində 313 nəfər həlak olub, 1144 nəfər isə yaralanıb.

Ötən il isə respublika ərazisində 2899 yol-nəqliyyat hadisəsi baş verib ki, bunların da nəticəsində 1016 nəfər həlak olub, 3031 nəfər isə yaralanıb. 2010-cu illə müqayisədə 2011-ci ildə yol-nəqliyyat hadisələrinin sayı 6,2 faiz (169 fakt), həlak olanların sayı 9,8 faiz (91 nəfər), yaralananların sayı isə 5,6 faiz (160 nəfər) artıb.

Kompensasiya ödənişlərinin alınması ilə bağlı daha ətraflı məlumatı İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsindən (www.isb.az) və ya (012) 595-00-20 telefon nömrəsinə zəng etməklə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti