...

İstehlaka yararsız sərinləşdirici içki məhv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 15:18 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Əlif İbrahimova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
İstehlaka yararsız sərinləşdirici içki məhv edildi

Azərbaycan, Bakı, 28 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Əlif İbrahimova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Efford" əmtəə nişanlı şaftalı və albalı sərinləşdirici içkisinin tərkibində quru maddənin kütlə payının normadan az olduğu, habelə resepturada həmin məhsulların istehsalında konservant kimi benzoy turşusundan istifadə edilməsi nəzərdə tutulmadığı halda məhsulun tərkibində həmin maddənin olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün yararlı olmayan 830 litr sərinləşdirici içkilərin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Əlif İbrahimova icrası məcburi göstəriş verilib.

İnsan orqanizmi üçün yararlı olmayan 830 litr sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Əlif İbrahimov barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Xəbər lenti

Xəbər lenti