...

Sahibkarların maarifləndirilməsi məqsədilə növbəti distant təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2012 17:39 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə cümə günü "Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə" mövzusunda növbəti distant təlim keçirilib.
Sahibkarların maarifləndirilməsi məqsədilə növbəti distant təlim keçirilib

Azərbaycan, Bakı, 29 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə cümə günü "Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə" mövzusunda növbəti distant təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mərkəzin əməkdaşları tərəfindən aparılan treninqdə Bakı şəhərində, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Aran, Abşeron və digər iqtisadi rayonlarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib.

Təlimdə biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.az saytının elanlar bölməsində yerləşdirilir. Arzu edənlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti