Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Ə.Həsənov/
Almaniya İnkişaf Bankı (KfW) Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin tam bərpası məqsədilə maliyyələşdirmənin həcmini 100 milyon avroyadək artırır. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərsu" ASC-dən bildiriblər.
"Razılığa əsasən, bu vəsaitlərdən 57 milyon avro Gəncə və Şəki şəhərlərində sutəmizləyici qurğuların tikintisinə, 43 milyon avro isə su və kanalizasiya şəbəkələrinin çəkilməsinə ayrılacaq", - ASC-dən deyiblər.
"Azərsu"dan qeyd ediblər ki, bank bu kredit vəsaitlərini 2012-ci ilin sonunadək ayırmağı planlaşdırır. KfW 3 milyon avro həcmində qrant təqdim etməyi də nəzərdə tutub.