...

Azərbaycanda müştərini tanı siyasətinə dair metodoloji rəhbərlik hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2012 14:09 (UTC +04:00)
Maliyyə Monitorinqi Xidməti tərəfindən "Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsindəki fəaliyyətləri üzrə "müştərini tanı siyasəti"nə dair Metodoloji Rəhbərlik" hazırlanıb.
Azərbaycanda müştərini tanı siyasətinə dair metodoloji rəhbərlik hazırlanıb

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən "Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsindəki fəaliyyətləri üzrə "müştərini tanı siyasəti"nə dair Metodoloji Rəhbərlik" hazırlanıb.

Xidmətdən şənbə günü Trend-ə verilən məlumata görə, sözügedən sənəd aidiyyəti nəzarət orqanları və monitorinq subyektləri ilə müzakirə edilib və onlar tərəfindən irəli sürülən təkliflər də nəzərə alınmaqla 2 iyul 2012-ci il tarixində təsdiqlənib.

"Müştərini tanı siyasəti"nə dair Metodoloji Rəhbərlik beynəlxalq standartlar və milli qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb və monitorinq subyektlərinin üzləşə biləcəkləri PL/TM risklərinin minimum səviyyəyə endirilməsinə yardım məqsədi daşıyır.

"Müştərini tanı siyasəti"nin tətbiqi monitorinq subyektlərindən istifadə edilməklə törədilən maliyyə cinayətlərinin qarşısının alınmasına, bu subyektlərin peşəkar nüfuzunun, ümumilikdə isə maliyyə sisteminin sağlamlığının qorunmasına və şəffaflığının artırılmasına yardım edir.

Metodoloji Rəhbərliyin elektron variantı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: http://www.fiu.az/images/documents/az/qanunlar/mushteri_tani_siyaseti_son.pdf

Xəbər lenti

Xəbər lenti