...

Bakıda keyfiyyətsiz sərinləşdirici içki istehsalı faktı aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 18:18 (UTC +04:00)
Bakıda keyfiyyətsiz sərinləşdirici içki istehsalı faktı aşkarlanıb
Bakıda keyfiyyətsiz sərinləşdirici içki istehsalı faktı aşkarlanıb

Azərbaycan, Bakı, 13 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, I Mədən ünvanında Zəminə Zeynalovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı düşes və tərxun sərinləşdirici içkilərinin müvafiq reseptura olmadan istehsal edildiyi, həmin məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, habelə məhsulların enerji dəyəri barədə məlumatların heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi aşkarlanıb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti