...

Azərbaycanda fərdi sahibkarlar internet vasitəsilə biznes qeydiyyatına üstünlük verirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2012 17:42 (UTC +04:00)
İlin birinci yarısında Azərbaycanda qeydiyyatdan keçmiş 34 373 fərdi sahibkarın 65,8 faizi yaxud 22 624 nəfərinə elektron qaydada təqdim etdiyi ərizəyə əsasən VÖEN verilib.
Azərbaycanda fərdi sahibkarlar internet vasitəsilə biznes qeydiyyatına üstünlük verirlər

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Axundov/

İlin birinci yarısında Azərbaycanda qeydiyyatdan keçmiş 34 373 fərdi sahibkarın 65,8 faizi yaxud 22 624 nəfərinə elektron qaydada təqdim etdiyi ərizəyə əsasən VÖEN verilib. Trend-in məlumatına görə, bu barədə ölkənin Vergilər Nazirliyinin rəsmi mətbu orqanı olan "Vergilər" qəzetində dərc olunmuş məlumatda deyilir.

Cari ildən bir sıra qanunvericilik aktlarına dəyişiklik edilərək yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatına start verilib. İyul ayının 1-dək 75 hüquqi şəxsin qeydiyyatı bu üsulla aparılıb.

İlin birinci yarısında Vergilər Nazirliyi 36 644 sahibkarlıq subyektinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatını aparıb. Bunun 2271-i kommersiya hüquqi şəxslər, 34373-ü fərdi sahibkarlardır.

Qeydiyyat məlumatları mərkəzləşdirilmiş şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və Dövlət Gömrük Komitəsinə ötürülür.

Yanvar-iyun aylarında İqtisadi İnkişaf Nazirliyi ilə əldə edilmiş razılşamaya uyğun olaraq vergi ödəyicilərinə 18 068 nəzarət kitabçası təqdim edilib.

Xəbər lenti

Xəbər lenti