Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə banklarında qısamüddətli depozitlərdə 800 milyon türk lirəsi yerləşdirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fondun ilin I yarısının yekunlarına həsr edilmiş mətbuat konfransında ARDNF rəhbəri Şahmar Mövsümov bildirib.
"Yaxın gələcəkdə Fond ümumi investisiya portfelində türk lirəsində əmanətlərin həcmini daha da artımağı planlaşdırır", - Mövsümov deyib.
Onun sözlərinə görə, Fondun valyuta ehtiyatlarının şaxələndirilməsi məqsədilə iyul ayında 200 milyon Avstraliya dolları dəyərində Avstraliya dövlət qiymətli kağızları alınıb.
"Həmçinin, Rusiyada hesabların açılmasına dair danışıqlar aparılır. Hesabların yaxın vaxtlarda açılacağı planlaşdırılır", - Mövsümov vurğulayıb.