...

"Çudo Peçka"nın xüsusi işçisi müştərilər üçün tort seçəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2012 16:33 (UTC +04:00)
Ölkənin qənnadı üzrə ən geniş şəbəkəsində yeni vəzifə təyin olunub. Artıq "Çudo Peçka" mağaza-kafelərinə daxil olan şəxsləri xüsusi bir işçi qarşılayır və onlara seçim etməkdə kömək edir.
"Çudo Peçka"nın xüsusi işçisi müştərilər üçün tort seçəcək (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Ölkənin qənnadı üzrə ən geniş şəbəkəsində yeni vəzifə təyin olunub. Artıq "Çudo Peçka" mağaza-kafelərinə daxil olan şəxsləri xüsusi bir işçi qarşılayır və onlara seçim etməkdə kömək edir. Yeni tətbiq olunan satıcı-məsləhətçi vəzifəsində çalışan xanımlar müştərilərə məhsullar barədə məlumat və məsləhətlər verir.

Digər adı ilə "hostes" adlanan yeni əməkdaşlar əsasən tortlar barədə geniş məlumat vermək üçün təyin olunublar. Yeni işçilər alıcıya maraqlandığı bütün qənnadı məhsullarının tərkibi, bişirildiyi tarix, saxlanma şəraiti, saxlanma müddəti kimi vacib detallar barədə məlumatlar verirlər.

Satıcı-məsləhətçilər həmçinin qənnadı məhsullarının seçimində və sifarişində müştərilərə köməkçi olurlar.

Hosteslər işə başlamazdan əvvəl xüsusi treninqlərdən keçiblər. Onlar "Çudo Peçka"da satılan bütün tort, pirojna, piroq, çizkeyk, panakota və digər qənnadı məhsulları haqqında mütəxəssislərdən dolğun informasiya alıblar.

Qənnadı məhsullarına qarşı həssas olan şəxslər bundan sonra sevdikləri tortları və digər məhsulları "Çudo Peçka"dan könül rahatlığı ilə alacaqlar.

Xəbər lenti

Xəbər lenti