...

"Expressbank" müştərilərini futbol həyəcanını birgə yaşamağa dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2012 10:00 (UTC +04:00)
"Expressbank" müştərilərini 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixləri aralığında Azərbaycanda baş tutacaq futbol həyəcanını birgə yaşamağa dəvət edir.
"Expressbank" müştərilərini futbol həyəcanını birgə yaşamağa dəvət edir

Azərbaycan, Bakı, 24 iyul /Trend/

"Expressbank" müştərilərini 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixləri aralığında Azərbaycanda baş tutacaq futbol həyəcanını birgə yaşamağa dəvət edir.

Bankdan Trend-ə verilən məlumata görə, "Visa" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsinə keçirilən kampaniya Expressbank-ın həm "Visa" kart sahibləri, həm də "Facebook" istifadəçiləri üçün təqdim olunacaq.

Kampaniyanın şərtlərinə əsasən, "Visa" kart vasitəsilə hər 20 manatlıq alış-veriş edən şəxs oyunda iştirak etmək şansı əldə edir. Qalib gələn şəxslər FİFA U-17 qadınlararası futbol çempionatını canlı izləmək şansı əldə edəcəklər.

Kampaniya 20.07.2012-05.09.2012-ci il tarixləri arasında keçiriləcək.

Bankın "Facebook" səhifəsinin istifadəçiləri də bu kampaniyadan yararlana biləcəklər. Səhifəyə 30, 40 və 50 dostunu dəvət edən ilk şəxslər maraqlı qarşılaşmaların ən gənc və istedadlı oyunçularını izləmək şansına yiyələnəcəklər.

Qeyd edək ki, bu, Expressbank-ın müştəriləri üçün keçirdiyi ilk kampaniya deyil. Bundan sonra da müştəriləri bir-birindən maraqlı və faydalı kampaniyalar gözləyir.

Əlavə məlumat üçün 132 Məlumat Mərkəzinə zəng etmək və ya bankın rəsmi "Facebook" səhifəsinə keçid almaq olar: http://www.facebook.com/Expressbank

Xəbər lenti

Xəbər lenti