...

"FINCA Azerbaijan"ın Mərdəkan filialı kənd kreditlərinin verilməsinə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2012 16:17 (UTC +04:00)
Sentyabr ayının ilk günlərində "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının Mərdəkan filialında ilk Kənd Kredit Qrupu yaradılıb.
"FINCA Azerbaijan"ın Mərdəkan filialı kənd kreditlərinin verilməsinə başladı

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Sentyabr ayının ilk günlərində "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının Mərdəkan filialında ilk Kənd Kredit Qrupu yaradılıb. Quşçuluq və əkinçiliklə məşğul olan "Hovuslu" adlı 4 nəfərdən ibarət qrupun hər bir üzvünə 1000 manat məbləğində kredit verilib.

Təşkilatdan çərşənbə günü Trend-ə verilən məlumata görə, Abşeron bölgəsində kənd təsərrüfatı ilə məşğul olan şəxslərin müraciətlərini və tələbatlarını nəzərə alaraq, cari ilin aprel ayından həmin sahibkarlar üçün Kənd Kredit Qrupu məhsulundan faydalanmaq imkanı yaradılıb.

Kənd Kredit Qrupu məhsulu bitkiçilik, heyvandarlıq, satış üçün məhsul əkini, südçülük, digər emal sahələri və kənd məhsullarının ticarəti ilə məşğul olan şəxslər üçün faydalı ola bilər. Sadalanan sahələrdə fəaliyyət göstərən şəxslər, dörd nəfərdən ibarət olan qrup yaratmaqla birgə zaminlik əsasında, girov təqdim etmədən kredit məhsulundan istifadə edə bilərlər.

Hazırda Bakıətrafı ərazilərdə işləyən sahibkarlar bu kredit məhsulunu əldə etmək üçün "FINCA Azerbaijan"ın Sumqayıt, Mərdəkan, Xırdalan filiallarına müraciət edə bilərlər.

"FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikromaliyyə Holdinqinin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir.

Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 36 subfilialı vasitəsilə 125,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti