...

Azərbaycanın iş adamları Qırğızıstanda investisiya layihələrində iştirak etməyə dəvət olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 15:50 (UTC +04:00)
Bişkek şəhərində Avropa İttifaqının Qırğızıstandakı nümayəndəliyi, Qırğızıstan Ticarət Sənaye Palatası və digər qurumların dəstəyi və təşkilatçılığı ilə "Qırğız Aqro-sənaye İnvestisiya Forumu - 2012" adlı forum keçiriləcək.
Azərbaycanın iş adamları Qırğızıstanda investisiya layihələrində iştirak etməyə dəvət olunur

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Ə.Həsənov/

13-14 sentyabr tarixində Bişkek şəhərində Avropa İttifaqının Qırğızıstandakı nümayəndəliyi, Qırğızıstan Ticarət Sənaye Palatası və digər qurumların dəstəyi və təşkilatçılığı ilə "Qırğız Aqro-sənaye İnvestisiya Forumu - 2012" adlı forum keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı məlumatda deyilir.

Azərbaycanın iş adamları da forumda işirak üçün dəvət olunub.

"Forum çərçivəsində yeyinti və kənd təsərrüfatı məhsullarının 8-ci beynalxalq sərgi-yarmarkasının keçirilməsi də nəzərdə tutulur", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti