...

Azərbaycan və İndoneziya arasında qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2012 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycanda səfərdə olan İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə Mustafayev Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb. Nazir qarşılıqlı rəsmi və işgüzar səfərlərin, təşkil edilən biznes forum və işgüzar görüşlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan və İndoneziya arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edilib, işgüzar əlaqələrin genişlənməsi üçün potensial imkanlardan səmərəli istifadənin əhəmiyyəti diqqətə çatdırılıb.

İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasa Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin inkişafında ölkələrimizin böyük perspektivə malik olduğunu vurğulayıb.

Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İndoneziya biznes forumu keçirilib.

Xəbər lenti

Xəbər lenti