...

Azərbaycan Beynəlxalq Bankı ölkəni GIFF 2012 forumunda təmsil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 13:22 (UTC +04:00)
Ölkənin ən iri bankı və regionda İslam Bankçılığının tətbiqində ilk addım atan Azərbaycan Beynəlxalq Bankı (ABB) Malaziyanın Mərkəzi Bankı tərəfindən Global İslam Maliyyə Forumuna (GIFF) dəvət almışdır.Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yayadığı məlumatda deyilir.
Azərbaycan Beynəlxalq Bankı ölkəni GIFF 2012 forumunda təmsil edəcək

Azərbaycan, Bakı, 19 sentyabr / Trend/

Ölkənin ən iri bankı və regionda İslam Bankçılığının tətbiqində ilk addım atan Azərbaycan Beynəlxalq Bankı (ABB) Malaziyanın Mərkəzi Bankı tərəfindən Global İslam Maliyyə Forumuna (GIFF) dəvət almışdır. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yayadığı məlumatda deyilir.

Sentyabrın 18-dən 20-nə kimi Malaziyanın Mərkəzi Bankı Kuala-Lumpurda Global İslam Maliyyə forumunu keçirir. Forumun mövzusu "İslam maliyyəsinin beynəlmiləlləşdirilməsi: iqtisadiyyatlar arasında əlaqələrin yaradılması"dır. Mövzunun əsas istiqaməti inkişafda olan İslam iqtisadiyyatı industriyasının beynəlxalq potensialının araşdırılmasıdır.

"Forumda iştirakımızın əsas məqsədi ölkəmizi təmsil etmək və Azərbaycanın bank sektoru haqqında ətraflı məlumat verməkdir. Respublikamızın İqtisadiyyatı dünyada sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olduğu üçün və bizimlə əməkdaşlığın gələcəkdə geniş imkanlar açacağını nəzərə alaraq forumun iştirakçıları Azərbaycana böyük maraq göstərirlər. İslam Bankçılığı sahəsi də bu əməkdaşlıq potensialından kənarda qalmayıb. Hal-hazırda İslam Bankçılığının dünyada inkişaf etdirilməsində Malaziya böyük rol oynayır. Ölkəmizdə də bu sahəni inkişaf etdirmək məqsədilə biz Malaziyadan olan həmkarlarımızın təcrübəsindən istifadə etməyi düşünürük." - ABB İslam bankçılığı departamentinin direktoru Behnam Qurbanzadə qeyd etmişdir.

GIFF 2012 müzakirələrində İslam maliyyə potensialı, iqtisadi bağların yaradılması, həmçinin əlaqələrin qurulması və möhkəmləndirilməsi məqsədilə iqtisadi sahənin mütəxəssisləri, tənzimləyici orqanların nümayəndələri, şəriət alimləri və dünyanın hər bir yerindən olan biznes dairələrinin nümayəndələri iştirak edəcəklər. Bu Forum Malaziyanın Qiymətli kağızlar komissiyası, İslam Bankçılığı institutları asossiasiyası, Malaziyanın İslam bankçılığı və maliyyə institutu, Malaziyanın İslam sığortası asossiasiyası, İslam bankçılığı üzrə şəriətin araşdırılması beynəlxalq akademiyası və Malaziyanın birjasının birgə əməkdaşlığı ilə təşkil olunmuşdur.

Xəbər lenti

Xəbər lenti