...

"Bank Standard" iPhone mobil telefonları üçün hazırlanmış tətbiqi proqramın imkanlarını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 13:46 (UTC +04:00)
Bundan sonra iPhone üçün tətbiqi proqram vasistəsilə istifadəçilər "Bank Standard"ın əmanət və kredit məhsulları, həmçinin bankın keçirdiyi uduşlu kampaniyalar haqda ətraflı məlumat əldə edə və valyuta kurslarını öyrənə bilərlər.
"Bank Standard" iPhone mobil telefonları üçün hazırlanmış tətbiqi proqramın imkanlarını genişləndirib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bundan sonra iPhone üçün tətbiqi proqram vasistəsilə istifadəçilər "Bank Standard"ın əmanət və kredit məhsulları, həmçinin bankın keçirdiyi uduşlu kampaniyalar haqda ətraflı məlumat əldə edə və valyuta kurslarını öyrənə bilərlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın yaydığı məlumatda deyilir.

Proqram, həmçinin xəritədə bankın yaxınlıqdakı filial və bankomatlarının dəqiq yerini, GPS kordinatlarını göstərməklə istifadəçilərə onları asanlıqla tapmaqda kömək edir.

Bundan əlavə, "Bank Standard"ın tətbiqi proqramı müştərilərə bankın filiallarına zəng etməklə bankla əlaqə yaratmaq imkanı yaradır.

Bankın bir çox müştəriləri adı çəkilən proqramın imkanlarından artıq yararlanıblar. Qısa vaxt ərzində bankın tətbiqi proqramı 350-ə yaxın iPhone istifadəçisi tərəfindən yüklənib.

Tətbiqi proqramı Apple Store-dan bu link vasitəsilə yükləmək olar:
http://itunes.apple.com/app/bank-standard/id533767381?mt=8

Xəbər lenti

Xəbər lenti