...

Azərbaycan və Macarıstan sahibkarları ikitərəfli əlaqələri müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2012 16:01 (UTC +04:00)
Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə səfər edəcək.
Azərbaycan və Macarıstan sahibkarları ikitərəfli əlaqələri müzakirə edəcəklər

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı AZPROMO-nun yaydığı məlumatda deyilir.

Səfər zamanı Macarıstan-Azərbaycan biznes forumu və hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

Səfər oktyabrın 8-9-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti