Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir C.Nəsibova/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Azərbaycanın maliyyə sektorunda gender bərabərliyinin irəliləməsi" adlı yeni layihəni işə salıb. Trend-in məlumatına görə, layihənin təqdimatı cümə axşamı "Gender balansı: Azərbaycanda və xaricdə ən yaxşı təcrübə" adı altında keçirilən seminar çərçivəsində təqdim olunub.
Azərbaycanın Mikromaliyyə Təşkilatları Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyevanın təqdimatda dediyi kimi, layihənin əsas məqsədləri kadr siyasətinin bərabərləşdirilməsi və kredit mütəxəssisləri olan qadınların işə qəbulu və iş yerində saxlanmasına dair problemlərin həlli, xidmət keyfiyyətlərinin artırılmasına yardım edən proqramların təşkili və qadın müştərilərin onlara çıxışı, gender göstəricilərinə əsaslanan hesabatların hazırlanması və inteqrasiyası, eləcə də maliyyə sektorunda qadınlarının rolunun artırılması modellərinin hazırlanmasıdır.
AYİB-in iqtisadi sektorda məşğulluq üzrə təqdim etdiyi statistikaya görə, Azərbaycanda qadınlar dövlət sektorunda özəl sektorda olduğundan daha çox təmsil olunurlar. Habelə qadınlar, əsasən, qeyri-rəsmi (əmək müqaviləsi bağlanmadan) işləyirlər, kənd təsərürfatı sektorunda və ya fərdi əmək fəaliyyəti ilə məşğul ourlar.
Layihə çərçivəsində qadınların həm kredit mütəxəssisi, həm də borc alan qadın kimi fəaliyyət göstərdikləri sahələrin genişləndirilməsi planlaşdırılır.
Layihə Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin və Azərbaycanın Mikromaliyyə Təşkilatları Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək.
Layihənin rəhbəri Olqa Bloxdur.