...

Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışlar elektron formada veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2012 13:23 (UTC +04:00)
Azərbaycanda Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ və onların məhdudlaşdırılması üzrə dövlət qeydiyyatına qəbul edilən əmlakın təsvir sxeminə aid olan arayışlar elektron formada veriləcək.
Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışlar elektron formada veriləcək

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ və onların məhdudlaşdırılması üzrə dövlət qeydiyyatına qəbul edilən əmlakın təsvir sxeminə aid olan arayışlar elektron formada veriləcək.

Bu, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulub. Trend-in məlumatına görə, qanun Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müzakirəsinə çıxarılıb.

Dəyişikliklər arayışların yazılı və elektron formada verilməsini nəzərdə tutur.

Bundan başqa, elektron formada müraciətə cavab olaraq arayış və ya imtina haqqında əsaslandırılmış məktub veriləcək. Qeydiyyat üzrə orqan müraciət edən şəxsə beş gün ərzində cavab verməlidir.

Xəbər lenti

Xəbər lenti