...

Toqo qaçaqmalçılıqla mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2012 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Axundov/

Toqo Gömrük Xidməti qaçaqmalçılıqla və narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Toqo Gömrük Xidmətinin baş direktorunun müavini Ekpao Acabo ilə görüşü ərəfəsində bildirib.

"Bu ilin iyununda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) sessiyasında qaçaqmalçılıqla, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məsələləri müzakirə olundu. Həmin müzakirələr zamanı Toqo Gömrük Xidmətinin rəhbərliyi ölkədə həmin sahədəki problemlərdən danışdı və başqa ölkələrə onların həllində yardımçı olmaqla bağlı müraciət etdi. Sessiya çərçivəsində keçirilən görüşdə Toqo Gömrük Xidmətinin nümayəndələrinin Azərbaycana səfəri barədə razılaşma əldə olundu", - Əliyev bildirib.

Onun sözlərinə görə, səfər zamanı Toqonun nümayəndə heyəti Azərbaycan gömrükçülərinin istifadə etdikləri nəzarət vasitələri ilə, xüsusuilə ölkənin kineloji xidmətinin təcrübəsi, eləcə də son illər mütəşəkkil cinayətkar qruplaşmaların aşkara çıxarılması faktları ilə tanış olacaqlar.

"Biz ümid edirik ki, bu təcrübə Toqo üçün fayadalı olacaq", - Əliyev bildirib.

Acabo bazar ertəsi jurnalistlərə deyib ki, bu görüşün sonunda iki ölkə arasında gömrük sahəsində saziş imzalana bilər.

"Azərbaycan bizə qaçaqmalçılıqla, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, eləcə də informasiya texnologiyalarının tətbiqi, gömrük inzibatçılığının təkmilləşdirilməsi sahələrində kömək edə bilər", - Acabo bildirib.

Xəbər lenti

Xəbər lenti