...

Ötən ay ərzaq məhsullarının qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 13:40 (UTC +04:00)
2012-ci ilin sentyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,2 faiz bahalaşması, qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,6 faiz bahalaşmasına səbəb olub.
Ötən ay ərzaq məhsullarının qiymətləri bahalaşıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

2012-ci ilin sentyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,2 faiz bahalaşması, qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,6 faiz bahalaşmasına səbəb olub. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ay ərzində ərzaq məhsullarından unun, çörəyin, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, limonun, bananın, xiyar və pomidorun, bibərin, badımcanın, göy lobyanın, göyərtinin, sarımsağın qiyməti bahalaşıb.

Bahalaşma ilə yanaşı, sentyabr ayında düyünün, manna yarmasının, qarabaşaq yarmasının, yumurtanın, kərə yağının, zeytun və günəbaxan yağlarının, şəkər və şəkər tozunun, almanın, armudun, üzümün, kələmin, soğanın, kartofun, çuğundurun, kökün qiymətlərində ucuzlaşma da müşahidə olunub.

Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatında MDB və beynəlxalq reyslər üzrə sərnişindaşıma və təhsil haqları tariflərində bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti