...

Azərbaycan əhalisinin gəlirləri il ərzində 13 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 14:20 (UTC +04:00)
2012-ci ilin doqquz ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artaraq 24,2 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2644,7 manat və ya ayda 293,9 manat təşkil edib.
Azərbaycan əhalisinin gəlirləri il ərzində 13 faizdən çox artıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

2012-ci ilin doqquz ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artaraq 24,2 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2644,7 manat və ya ayda 293,9 manat təşkil edib. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,5 faiz bəndi üstələyərək 12,0 faiz olub.

Gəlirlərin 62,9 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 26,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 22,1 milyard manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 13,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti