Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir C.Nəsibova/
Azərbaycanda kənd təsərrüfatı mütəxəssislərinə böyük ehtiyac var. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə təhsil nazirinin müavini Qulu Novruzov bildirib.
O deyib ki, aqrar mütəxəssislərə böyük tələbat olmasına baxmayaraq, gənclər bu sahəyə az maraq göstərirlər.
"Almaniya, Türkiyə, Niderland və digər ölkələrin ali məktəblərində döblət proqramı çərçivəsində təhsil alan tələbələr iqtisadi elmlərə, eləcə də turizm və kommunikasiya sektoruna daha çox maraq göstərirlər, amma kənd təsərrüfatına maraq göstərən gənclərin sayı xeyli azdır", - Novruzov bildirib.