...

"Paşa Bank" SIBOS forumunun işində iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 16:58 (UTC +04:00)
Bu gün Osaka şəhərində hər il dünyanın aparıcı kredit və maliyyə institutlarının minlərlə nümayəndələrini bir araya toplayan böyük beynəlxalq maliyyə forumu SIBOS işinə başlayır.
"Paşa Bank" SIBOS forumunun işində iştirak edir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Osaka şəhərində hər il dünyanın aparıcı kredit və maliyyə institutlarının minlərlə nümayəndələrini bir araya toplayan böyük beynəlxalq maliyyə forumu SIBOS işinə başlayır.

"Paşa Bank"dan Trend-ə verilən məlumata görə, hər zaman olduğu kimi, forumun işində aparıcı bankların, maliyyə təşkilatları və korporasiyalarının nümayəndələri, eləcə də məsləhətçilər, avadanlıq və proqram təminatının layihələndiriciləri və təchizatçıları iştirak edir. SIBOS forumunun sessiyalarında əsas diqqət beynəlxalq maliyyə sənayesinin inkişafında aktual məsələlərin müzakirəsinə yönəldilir, eyni zamanda, gündəliyə dünya bankları və böyük korporasiyalar arasında qarşılıqlı əlaqə, yeni maliyyə xidmətlərinin tətbiqi və kapital bazarlarının inkişafı, risk idarəetmə sistemlərinin təkmilləşdirilməsi və bir sıra başqa məsələlər daxildir.

Keçən il olduğu kimi, bu il də tədbirdə "Paşa Bank"ın iştirakı bankın il ərzindəki imkanlarını və nailiyyətlərini təqdim etməsi üçün əlverişli məqamdır.

"Bu, bizim fəal şəkildə iştirak etdiyimiz üçüncü beynəlxalq SIBOS forumudur. Belə tədbirlər yeni işgüzar əlaqələrin yaranmasına imkanlar açır, bank işi sahəsində texnoloji yeniliklərlə və bir çox başqa məsələlərlə tanışlıq fürsəti yaradır. Bir sözlə, SIBOS beynəlxalq bazar iştirakçılarına yeni üfüqlər açan yeni bank platformasıdır", - bankın idarə heyətinin sədri Fərid Axundov bildirib.

Tədbir noyabrın 1-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti