...

Bakıda mənşəyi məlum olmayan sement satışının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2012 16:01 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozu ünvanında İmran Mürsəlova məxsus mağazada aparılan yoxlama zamanı mağazada mənşəyi məlum olmayan sement satıldığı müəyyən edilib.
Bakıda mənşəyi məlum olmayan sement satışının qarşısı alınıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozu ünvanında İmran Mürsəlova məxsus mağazada aparılan yoxlama zamanı mağazada mənşəyi məlum olmayan sement satıldığı müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bundan başqa, satışda olan "Qaradağ AD" adlı M400 markalı sementin etiketində çəkisinin 50kq±1kq, "Qaradağ H" adlı M300 markalı sementin etiketində isə çəkisinin 40kq±2% göstərildiyi halda, həmin semetlərin bəzi kisələrinin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu məlum olub.

Qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti