...

AccessBank-ın 10 yaşı tamam oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2012 18:35 (UTC +04:00)
10 il bundan əvvəl, 2002-ci ildə Bakı şəhərində "AccessBank" yaradılaraq fəaliyyət göstərməyə başladı.
AccessBank-ın 10 yaşı tamam oldu

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

10 il bundan əvvəl, 2002-ci ildə Bakı şəhərində "AccessBank" yaradılaraq fəaliyyət göstərməyə başladı. Yaradıldığı gündən etibarən bankın məqsədi özəl sektor üçün etibarlı bank olmaqla, müəssisələrə və onların sahiblərinə, eləcə də kiçik və orta gəlirli ailələrə bütün zəruri bank xidmətləri göstərməkdən ibarət idi. İlk illərdə bank Azərbaycan Mikromaliyyələşdirmə Bankı adı altında fəaliyyət göstərirdi, daha sonra, 2008-ci ildə bank uğurlu rebrendinq həyata keçirdi.

10 illik fəaliyyəti ərzində 600 milyon ABŞ dolları həcmində ümumi aktivləri və 500 milyon ABŞ dollarına yaxın kredit portfeli ilə "AccessBank" böyük nailiyyətlər əldə edib. Bank ölkənin ən yaxşı 10 bankı siyahısına daxildir və özünün 120 000 müştərisinə, orta, kiçik və mikro sahibkarlara, o cümlədən pərakəndə seqmentdəki fiziki şəxslərə rəqabətədavamlı bank məhsulları təqdim edərək əhəmiyyətli tərəfdaşa çevrilib. Bank regionlarda geniş filiallar şəbəkəsi quraraq bütün ölkə ərazisində kiçik şəhər və yaşayış məntəqələrində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan minlərlə müştəriyə xidmət göstərir.

Təxminən hər il bank öz sabit və keyfiyyətli gəliri əsasında məcmu kapitalını artıra bilir və beləliklə bu gün 128 milyon ABŞ dolları məbləğini ötərək kapitallaşma üzrə ölkənin ən iri 5 bankları sırasına daxildir.

Öz fəaliyyəti dövründə biznesin şəffaf surətdə həyata keçirilməsi və bazarda malik olduğu sabit mövqe AccessBank-ın Azərbaycanda sabit bank kimi nüfuzunun möhkəmləndirilməsinə şərait yaradıb. Bunun bir göstəricisi kimi, dünyanın ən qabaqcıl reytinq agentliklərindən biri olan "Fitch Ratings" agentliyi 2008-ci ildə AccessBank-ın reytinqini Azərbaycan üçün ən yüksək olan "BB+" səviyyəsində sabit proqnozla qiymətləndirib. Qeyd edək ki, bu reytinq agentlik tərəfindən hər il təsdiqlənir. "AccessBank" 100% xarici kapitala malikdir və onun səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KFW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı, "Access Microfinance Holding" və Almaniyanın "LFS Financial Systems GmbH" şirkəti kimi beynəlxalq təsisçilərdir.

"AccessBank" ardıcıl olaraq 3 il ərzində (2010-2012) "Euromoney" nəşriyyat qrupu tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülüb. Bundan əlavə, 2011-ci ildə "Global Finance" jurnalı AccessBank-ı "İnkişaf Edən Dünya Bazarlarının Ən Yaxşı Bankı (Asiya regionu üzrə)" nominasiyasında "Azərbaycanın ən yaxşı bankı" elan edib. Həmçinin, 2011-ci ildə "AccessBank" "The Banker" jurnalı tərəfindən "Azərbaycanda ilin bankı" nominasiyasında mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti