...

Azərbaycanda borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2012 15:31 (UTC +04:00)
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 30-da Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu, H.Zərdabi prospekti, ev 55, m.99 ünvanda yerləşən, fiziki şəxs Əhmədov Müşfiq Muxtar oğluna məxsus (VÖEN: 1001741302), avtomobil hissələrinin satışı ilə məşğul olan "Maybach" mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.
Azərbaycanda borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycanda borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 30-da Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu, H.Zərdabi prospekti, ev 55, m.99 ünvanda yerləşən, fiziki şəxs Əhmədov Müşfiq Muxtar oğluna məxsus (VÖEN: 1001741302), avtomobil hissələrinin satışı ilə məşğul olan "Maybach" mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.

Əhmədovun fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən, onun 2011-ci ilin oktyabr ayında 4 min 135,9 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Vergi ödəyicisinə bu ilin iyul ayında borc bildirişi göndərilib, sentyabrın 5-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi M.Əhmədova məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi əməkdaşları onun icarəyə götürdüyü "Maybach" mağazasındakı 4 min 375 manat məbləğində müxtəlif növ maşın hissələrini qanuna müvafiq qaydada siyahıya alıblar.

Həmin gün vergi xidməti əməkdaşları Nərimanov rayonu, Atatürk prospekti, ev 41, mən. 47 ünvanəmda yerləşən, fiziki şəxs Məmmədova Şəfiqə Əliheydər qızına məxsus (VÖEN:1500623902) "Solmaz" şadlıq sarayında da əmlakın siyahıya alınmasını həyata keçiriblər. Məmmədovanın fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 2010-ci ilin may ayından sonrakı dövrdə onun 12 min 784,6 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilərək, cari ilin oktyabr ayının 16-da borclu şəxsə məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, şadlıq sarayının 25 min manat dəyərində olan binası siyahıya alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti