...

Azərbaycanın fond bazarı il ərzində 35 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2012 18:18 (UTC +04:00)
2012-ci ilin yanvar-oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 35,71 faiz artaraq 8,25 milyard manat təşkil edib.
Azərbaycanın fond bazarı il ərzində 35 faizdən çox artıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir A.Axundov/

2012-ci ilin yanvar-oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 35,71 faiz artaraq 8,25 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BFB-nin yaydığı məlumatda deyilir.

Ölkənin fond bazarının belə artımı dövlət qiymətli kağızlar bazarının 37,57 faiz, korporativ qiymətli kağızlar bazarının isə 18,47 faiz artması hesabına baş verib.

Dövlət qiymətli kağızlar bazarı 7,56 milyard manata çatıb. Buna repo-əməliyyatların 42,55 faiz çoxalması və Mərkəzi Bankın notları ilə əməliyyatların 37,72 faiz artması təsir edib.

Yanvar-oktyabr aylarında 687,76 milyon manat təşkil edən korporativ qiymətli kağızlar bazarında artım səhmlərin yerləşdirilməsinin 4,24 dəfə artması ilə izah edilir.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-oktyabr ayları):

Bazarın seqmentləri

2012 (31.10.12)

2011 (31.10.11)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

37 535 335,00

72

133 607 075,46

77

28,09%

Korporativ istiqrazlar - (təkrar bazar)

285 264 342,71

104

355 154 749,07

87

80,32%

Səhmlər - (yerləşdirmə)

354 986 325,77

207

83 703 599,10

119

424,10%

Səhmlər - (təkrar bazar)

9 970 172,94

2 850

8 043 696,96

2 940

123,95%

KQK bazarı cəmi

687 756 176,42

3 233

580 509 120,59

3 223

118,47%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-oktyabr ayları):

Bazarın seqmentləri

2012 (31.10.12)

2011 (31.10.11)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə

90 520 502,37

47

210 444 668,77

115

43,01%

Dİ (AR MN) -

(təkrar bazar)

18 146 719,85

15

39 563 251,84

40

45,87%

Notlar (AR MB) - (yerləşdirmə)

771 824 818,01

193

560 442 611,95

232

137,72%

Notlar (AR MB) -

(təkrar bazar)

12 486 939,02

8

9 555 687,77

5

130,68%

Repo əməliyyatları

6 669 760 155,49

905

4 679 022 462,21

1 091

142,55%

DQK bazarı cəmi

7 562 739 134,74

1 168

5 499 028 682,54

1 483

137,53%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti