...

Hesablama Palatası Dövlət Neft Fondundan transfertlərin artırılmasını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 17:36 (UTC +04:00)
Hesablama Palatası Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərinin həcminin artırılmasını dəstəkləyir.
Hesablama Palatası Dövlət Neft Fondundan transfertlərin artırılmasını dəstəkləyir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Axundov/

Hesablama Palatası Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərinin həcminin artırılmasını dəstəkləyir.

"Azərbaycanın strateji valyuta ehtiyatları dövlət büdcəsinin ikiqat həcminə yaxınlaşır. Hazırda dünyada çətin tapşırıqlardan biri dövlətin ehtiyatlarının optimallaşdırılmasıdır, çünki bu gün dövlət, konsorsiumlar, şirkətlər vəsaitlərini yerləşdirərkən gəlirlərin əldə edilməsində deyil, ən azı bu resursların saxlanılmasında daha da maraqlıdırlar", - Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Hesablama Palatasının sədri Heydər Əsədov Milli Məclisdə 2013-cü il və növbəti 3 il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, son illər dünyada dövlət vəsaitlərinin toplanılması taktikası deyil, onların infrastruktur layihələrin maliyyələşdirilməsinə ayrılması tətbiq edilir.

"Bundan əlavə, Azərbaycan ehtiyatlarını yerləşdirərkən həmişə onları gəlirli alətlərdə deyil, daha çox etibarlı, yüksək reytinqli alətlərdə saxlamağa çalışıb. Lakin təcrübə göstərir ki, dünyada son bohranlar şəraitində ehtiyatları hətta ən yüksək reytinqli strukturlarda saxlamaq belə, artıq müəyyən risklərlə müşayiət olunur", - Əsədov hesab edir.

Əsədov bildirib ki, Hesablama Palatası buna görə ARDNF-dən transfertlərin arıtırılmasını dəstəkləyir. "Palatanın hesablamalarına görə, bu, dövlət büdcəsində yüklənmənin azaldılmasında vacib rol oynaya bilər", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti