...

"Paşa Həyat Sığorta" icbari sığorta üzrə ödənişləri artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2012 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Azərbaycanın "Paşa Həyat Sığorta" şirkəti 2012-ci ilin yanvar-oktyabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ümumilikdə 163,3 min manatdan çox sığorta ödənişi həyata keçirib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 89,3% çox olub.

Şirkətdən Trend-ə verilən məlumata görə, təkcə bu ilin noyabr ayının əvvəlindən indiyədək şirkət tərəfindən bir sığorta hadisəsi üzrə 37,776 min manatdan çox sığorta ödənişi edilib.

Bununla yanaşı, qeyd olunan dövr ərzində "Paşa Həyat Sığorta" şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 8,768 milyon manatdan artıq sığorta haqqı toplanılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə yığımların həcmində 18,2% artım müşahidə olunub.

"Paşa Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti