...

Azərbaycan Mərkəzi Bankı əhalinin maliyyə savadlılığının artırılması üçün tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2012 13:37 (UTC +04:00)
Beynəlxalq Əmanətlər Gününə həsr edilmiş aksiya zamanı əhalinin maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycanda bir sıra tədbirlər keçirilib ki, bu da öz müsbət nəticələrini verib.
Azərbaycan Mərkəzi Bankı əhalinin maliyyə savadlılığının artırılması üçün tədbirlər görür

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir C.Nəsibova/

Beynəlxalq Əmanətlər Gününə həsr edilmiş aksiya zamanı əhalinin maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycanda bir sıra tədbirlər keçirilib ki, bu da öz müsbət nəticələrini verib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) İnkişaf Departamentinin direktorunun müavini Natəvan Məmmədova deyib.

"Müxtəlif müsabiqələr daxil olmaqla, tədbirlər Bakıda və bölgələrdə keçirilib, tədbir və müsabiqələrdə 6 mindən çox uşaq iştirak edib", - Məmmədova qeyd edib.

Onun sözlərinə görə, aksiyaların əsas məqsədi əhalinin maliyyə sahəsində maarifləndirilməsi və milli valyutadan istifadənin təşviqi olub.

"Layihə yaxşı nəticələr verib, buna görə də biz Beynəlxalq Əmanətlər Gününə həsr edilmiş aksiyaları hər il keçirməyi planlaşdırırıq və ümid edirəm ki, aksiyalara getdikcə daha çox kommersiya bankları qoşulacaq", - Məmmədova bildirib.

Layihə ilə əlaqədar təşkil edilmiş müsabiqələrdə yer tutmuş məktəblilərə hədiyyə və mükafatlar təqdim edilib.

Aksiyalar AMB, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, Əmanətlərin Sığortalanması Fondu, həmçinin Azərbaycan Beynəlxalq Bankı, "AccessBank", "Bank Respublika", "DemirBank", "Unibank" kimi kommersiya banklarının dəstəyi ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti